Liviyada seçkilərin təxirə salınma səbəbləri

Liviya Milli Ali Seçki Komissiyası bildirib ki, hüquqi problemlər səbəbindən seçkilər əvvəlcədən planlaşdırıldığı kimi dekabrın 24-də keçirilə bilmədi.

1755970
Liviyada seçkilərin təxirə salınma səbəbləri

Liviya Milli Ali Seçki Komissiyası bildirib ki, hüquqi problemlər səbəbindən seçkilər əvvəlcədən planlaşdırıldığı kimi dekabrın 24-də keçirilə bilmədi.

Komissiya sədri İmad əs-Sayih və milli təhlükəsizlik müşaviri İbrahim Buşnaf paytaxt Tripolidə görüşüb.

Görüşdə dekabrın 24-də keçirilməsi planlaşdırılan təxirə salınmış seçkilər və buna səbəb olan amillər müzakirə edilib.

Komissiyadan verilən yazılı açıqlamaya görə, Sayih və Buşnaf hüquqi və obyektiv problemlər səbəbiylə seçkilərin vaxtında keçirilə bilmədiyini ifadə edərək, Liviya tərəflərini “Ölkəni növbəti mərhələyə çıxarmaq üçün məsuliyyətlərini üzərinə götürməyə" çağırıblar. 

Liviya Milli Yüksək Seçki Komissiyası 24 dekabr 2021-ci ildə keçirilməsi lazım olan prezident seçkilərinin bəzi fikir ayrılıqlarına görə 24 yanvar 2022-ci il tarixinə təxirə salınmasını təklif edib.



Әlaqәli Xәbәrlәr