Küveytdə yağan leysan yağışlar həyatı iflic edib

Küveytdə yağan leysan yağışlar həyatı iflic edib və ölkə daxilində təhsilə fasilə verilib.

1756037
Küveytdə yağan leysan yağışlar həyatı iflic edib

Küveytdə yağan leysan yağışlar həyatı iflic edib və ölkə daxilində təhsilə fasilə verilib.

Ölkənin bir çox bölgələrində yolları su basıb, nəqliyyatın hərəkəti dayandırılıb, çoxlu avtomobillər su altında qalıb.

Meteorologiya Departamentindən verilən açıqlamaya görə, Küveytin bəzi bölgələrində tufanların yaşandığı və küləyin sürətinin saatda 50 kilometrə çatdığı bildirilib.

Küveytin Daxili İşlər Nazirliyi ölkədə baş verən daşqın fəlakəti ilə bağlı verdiyi açıqlamada insanları təhlükəsizlikləri üçün zəruri olmadıqca evlərini tərk etməməyə çağırıb.

Milli Təhsil Nazirliyi həftə sonu ölkədə təsirli olan leysan yağışlar səbəbindən ölkə daxilində bütün məktəb və universitetlərdə təhsilin dayandırıldığını açıqlayıb.

Bu gün orta və ali məktəblərdə keçirilməsi planlaşdırılan imtahanların təxirə salındığı, buraxılış imtahanlarının tarixlərinin təşkili üçün məktəblərə əlavə vaxt veriləcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr