BMT Myanmadakı zorakılığa reaksiya verib

BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə hallar üzrə koordinator Martin Qriffits Myanmada mülki şəxslərə hücum xəbərindən dəhşətə gəldiyini bildirib.

1752794
BMT Myanmadakı zorakılığa reaksiya verib

BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə hallar üzrə koordinator Martin Qriffits Myanmada mülki şəxslərə hücum xəbərindən dəhşətə gəldiyini bildirib.
Martin Qriffits verdiyi yazılı açıqlamada "24 dekabrda Myanmanın Kayah əyalətində mülki şəxslərə hücum xəbərindən dəhşətə gəldim" deyib.

M. Qriffits bildirib ki, etibar edilən hesabatlara görə ən azı biri uşaq olan 35 nəfər maşınlarından zorla çıxarılaraq yandırılaraq öldürülüb. Bu zorakılıq zamanı itən 2 humanitar yardım işçisindən xəbər yoxdur.

Bu kədərli hadisəni və ölkə daxilində mülki şəxslərə qarşı beynəlxalq humanitar hüququn qadağan etdiyi bütün hücumları pislədiyini vurğulayan Qriffits deyib:

"Hökumət orqanlarını hadisə ilə bağlı hərtərəfli və şəffaf təhqiqata başlamağa çağırıram ki, günahkarlar tez bir zamanda məsuliyyətə cəlb olunsunlar. Həmçinin Myanma Silahlı Qüvvələrini və Myanmadakı bütün silahlı qrupları mülki insanları qorumaq üçün hər cür tədbir görməyə çağırıram".

Myanmada milyonlarla insanın hələ də humanitar dəstəyə ehtiyacı olduğunu qeyd edən Qriffiths, BMT və onun humanitar tərəfdaşlarının Myanma daxilində yardım göstərməkdə qərarlı olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün sosial mediada yayılan fotolarda hərbi xuntanın idarə etdiyi Myanmada ordunun Hprusonun Mo So kəndində aralarında qadın və uşaqların da olduğu 30-dan çox adamı öldürdüyü, cəsədlərinin yandırıldığı iddia edilmişdi. 

Hərbçilər fevralda seçilmiş hökuməti devirərək Myanmada hakimiyyəti ələ keçirdikdən sonra çevriliş əleyhinə olan etnik qruplarla təhlükəsizlik qüvvələri arasında ciddi toqquşmalar baş verir.



Әlaqәli Xәbәrlәr