"İsrail təktərəfli tətbiqlərini dayandırmalıdır", M.Abbas

Mahmud Abbas Ramallahdakı Prezident İqamətgahında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta Şərq üzrə dövlət katibinin köməkçisi Yael Lamberti qəbul edib.

1750855
"İsrail təktərəfli tətbiqlərini dayandırmalıdır", M.Abbas

"İsrailin təktərəfli tətbiqlbələrini dayandırmalıdır".

Fələstinin “Vefa” xəbər agentliyinin xəbərinə görə, bunu Mahmud Abbas Ramallahdakı Prezident İqamətgahında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta Şərq üzrə dövlət katibinin köməkçisi Yael Lamberti qəbulu zamanı deyib.

Görüşdə Abbas Lambertə Fələstin torpaqlarında baş verən son hadisələr və İsrailin iki dövlətli həll yoluna mane olan birtərəfli tətbiqləri barədə məlumat verib.

İsrailin bu tətbiqlərə son qoymasının vacib olduğunu dilə gətirən M. Abbas beynəlxalq qərarlara uyğun real siyasi prosesin başlaması üçün iki tərəf arasında imzalanan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Abbas ABŞ-la ikitərəfli münasibətləri gücləndirmək və qarşısındakı maneələri aradan qaldırmaq üçün işlərin davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

Xəbərdə görüşün təfərrüatları açıqlanmayıb.

Abbasın bu axşam İsrailə və İordan çayının qərb sahilinə səfər edəcək ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanla görüşü gözlənilir.



Әlaqәli Xәbәrlәr