Haitidə benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı artıb
Haitinin şimalındakı Kap-Aytien şəhərində yanacaqdaşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 90-a çatıb.
1750389
Qeyd edilir ki, yaralıların çoxu ağır vəziyyətdədir.
Hadisə dekabrın 14-də olub. Məlumata görə, yanacaqdaşıyan avtomobil yolda aşıb. Yoldan keçən sürücülər bundan istifadə edərək öz avtomobillərinin yanacaq çənlərini doldurmaq istəyiblər. Bundan sonra partlayış baş verib. Əraziyə yaxın binalar ziyan dəyib.