Bu il Avropada sərhədi qanunsuz keçənlərin sayı kəskin artıb

Cari ilin 11 ayı ərzində Avropa İttifaqı ölkələrinə qeyri-qanuni şəkildə daxil olmağa çalışan mühacirlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

1748736
Bu il Avropada sərhədi qanunsuz keçənlərin sayı kəskin artıb

Cari ilin 11 ayı ərzində Avropa İttifaqı ölkələrinə qeyri-qanuni şəkildə daxil olmağa çalışan mühacirlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Avropa Sərhədlərinin Mühafizəsi Agentliyinin (Frontex) yaydığı məlumata görə, qanunsuz miqrasiyanın əsas hərəkət marşrutları üzərində bu il ümumilikdə 184 min 180 sərhəd pozulması halı qeydə alınıb. 

Agentliyin hesabatında bildirilib ki, bu il qeydə alınan göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 faizlik artım deməkdir. 2020-ci ildə pandemiya səbəbindən ciddi azalma olsa da, bu ilin göstəricisi pandemiyadan əvvəlki 2019-cu ildən 45 faiz yüksək olub.

Qanunsuz miqrasiya hallarının artımı əsasən Şərqi Avropa sərhədlərində qeydə alınıb, qanunsuz miqrasiya üçün qeyri-ənənəvi sayılan ərazilərdə bu il səkkiz mindən yuxarı qanunsuz mühacir müəyyən edilib. Həftələrdən bəri Belarusdan keçməklə Polşaya və ya Baltik ölkələrinə daxil olmaq istəyən minlərlə müahir sərhəd ərazilərdə cəmləşib.

Eyni zamanda, Qərbi Balkan marşrutunda da canlanma müşahidə olunur, bu il həmin istiqamətdə 55 min 130 şəxs Aİ məkanına qanunsuz şəkildə daxil olub. Mərkəzi Aralıq dənizi marşrutu üzrə, yəni Siciliya və Malta sahilləri istiqamətində isə 64 min qeyri-leqal sərhədkeçmə halı müəyyən edilib.

Qanunsuz mücahirlərin mənşə ölkələri siyahısına isə ənənəvi olaraq Əfqanıstan, Suriya və İraq başçılıq edir.



Әlaqәli Xәbәrlәr