Haitidə baş verən partlayış nəticəsində ölənlərin sayı 75-ə çatıb

Haitidə yanacaq daşıyan maşında baş verən partlayış nəticəsində həyatını itirənlərin sayı 75-ə yüksəlib.

1748173
Haitidə baş verən partlayış nəticəsində ölənlərin sayı 75-ə çatıb

Haitidə yanacaq daşıyan maşında baş verən partlayış nəticəsində həyatını itirənlərin sayı 75-ə yüksəlib.
Haitinin şimalındakı Cap-Haitien şəhərində dekabrın 14-də baş verən şiddətli partlayışdan sonra həyatını itirənlərin sayı artıb.

Səlahiyyətlilər ölənlərin sayının 15 nəfər artaraq 75-ə yüksəldiyini, vəziyyəti ağır olan 56 nəfərin müalicəsinin davam etdiyini açıqlayıb.

Haitinin Baş naziri Ariel Henri faciə ilə əlaqədar üç günlük milli matəm elan edib.

Ölənlərin sayının daha da arta biləcəyinə dair məlumat yayıldıqda, partlayışın təsiri ilə 20 evin isə tamamilə kül olduğu açıqlanıb.



Әlaqәli Xәbәrlәr