G7 ölkələri Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırdı

G7 ölkələri Rusiyanı Ukraynanın şərqində gərginliyi azaltmağa, diplomatik kanalları izləməyə və hərbi fəaliyyətin şəffaflığına dair beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

1746483
G7 ölkələri Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırdı

G7 ölkələri Rusiyanı Ukraynanın şərqində gərginliyi azaltmağa, diplomatik kanalları izləməyə və hərbi fəaliyyətin şəffaflığına dair beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

İngiltərənin Liverpul şəhərində keçirilən G7 ölkələrinin xarici işlər nazirləri toplantısından sonra G7 ölkələri və Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsi Cozep Borrell tərəfindən Rusiya və Ukrayna ilə bağlı birgə bəyanat verilib.

“Rusiyanın hərbi yığınaq etməsini və Ukraynaya qarşı aqressiv ifadələrini pisləməkdə həmrəyik” ifadəsinin yer aldığı bəyanatda ABŞ Prezidenti Co Baydenin dekabrın 7-də Rusiya Prezidenti Vladimir Putinlə görüşündə etdiyi kimi Rusiya gərginliyi azaltmaq, diplomatik yollara üz tutmaq və hərbi fəaliyyətin şəffaflığına dair beynəlxalq öhdəliklərə əməl etməyə çağırıldı.

Bəyanatda həmçinin Ukraynanın şərqindəki münaqişənin həlli üçün Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsi üçün Normandiya formatında Fransa və Almaniyanın səylərini də dəstəklədiyi bir daha təsdiqlənib.

Beynəlxalq hüquqa görə, sərhədlərin dəyişdirilməsi üçün hər hansı güc tətbiqinin “tamamilə qadağan” olduğu vurğulanan bəyanatda bu ifadələr yer alıb:

"Rusiya Ukraynaya qarşı növbəti hərbi təcavüzün böyük nəticələrə və ciddi cavablar verilməsinə səbəb olacağına şübhə etməməlidir. Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə və istənilən suveren dövlətin öz müqəddəratını təyin etmək hüququna sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik. Ukraynanın ehtiyatlı mövqeyini yüksək qiymətləndiririk. Ümumi və hərtərəfli cavab tədbirlərimizə dair əməkdaşlığımızı gücləndiririk”.



Әlaqәli Xәbәrlәr