Aleksandr Lukaşenko TRT-yə müsahibə verib

Belarus Prezidenti Aleksandr Lukaşenko İraq, Suriya, Əfqanıstan və digər ölkələrdəki mühacir böhranında Qərb dünyasını günahlandırıb.

1746695
Aleksandr Lukaşenko TRT-yə müsahibə verib

Belarus Prezidenti Aleksandr Lukaşenko İraq, Suriya, Əfqanıstan və digər ölkələrdəki mühacir böhranında Qərb dünyasını günahlandırıb.

Polşa və Belarus arasında mühacir böhranı həftələrdir davam edir. Mühacirlər Belarus vasitəsilə Polşaya, oradan da Avropa ölkələrinə getməyə çalışırlar.

Bir çox Qərb ölkələri bu böhrana görə Belarus Prezidenti Aleksandr Lukaşenkonu günahlandırır. Lukaşenko ona qarşı irəli sürülən ittihamları rədd edir.

Qərblə siyasi gərginlik yaşayan Lukaşenko baş verənlər barədə Türkiyə Radio Televiziya Qurumuna (TRT) müsahibə verib.

“Əvvəlcə insanların, yəni mühacirlərin İraq, Suriya, Əfqanıstan və digər ölkələrdən niyə qaçdığından başlamalıyıq” deyə bildirən Lukaşenko deyib:

"Çünki Amerika Birləşmiş Ştatları (ABŞ) və ona xidmət edən Avropa və digər "qəhrəman" dövlətlər bu dövlətləri işğal edib və az qala bu dövlətləri məhv ediblər. Bu insanların (mücahirlərin) yaşamağa evi, övladlarını yedizdirməyə və geyindirməyə imkanları yoxdur... Ona görə də qaçqın düşüb müxtəlif marşrutlara, çağırıldıqları yerlərə gedirlər”. 

Mühacirlərin Belarusa dəvət edilməsi ilə bağlı iddialara cavab verən Lukaşenko insanların Belarusa tamamilə qanuni yolla getdiyini bildirib.

Lukaşenko "Mücahirlər bunun pulunu ödədilər. Onlar bunu tamamilə qanuni şəkildə etdilər. Onda mənə deyin ki, mən və ya Belarus hökuməti nəyi pozmuşam? Üstəlik, biz artıq Avropa İttifaqı (Aİ) ilə geriqəbul sazişlərinə ciddi əməl edirdik. Ona görə də onlar bunu etməməlidirlər. Bizi boş yerə günahlandırmayın” ifadələrdən istifadə etmişdir.

Lukaşenko Prezident Rəcəb Tayyib Ərdoğana Belarus siyasətindəki prinsipial və məsuliyyətli münasibətinə görə təşəkkür etmək istədiyini də bildirib.



Әlaqәli Xәbәrlәr