İngiltərədə narkotik istifadəçilərinin pasportları alınacaq

Mövzuya ilə bağlı “Sun” qəzetinə müsahibəsində ölkənin Baş naziri Boris Conson hökumətin narkotiklə mübarizədə qəti olduğunu vurğulayaraq deyib...

1743786
İngiltərədə narkotik istifadəçilərinin pasportları alınacaq

 

  İngiltərə hökuməti narkotiklə mübarizə planına əsasən şəhər mərkəzli cinayət şəbəkələrinin kiçik yaşayış yerlərinə eroin, kokain kimi A sinifi narkotik maddələr göndərilməsinin qarşısını almaq üçün geniş miqyaslı əməliyyatlara başlayır. Bu çərçivədə qarşıdakı 3 il içində 2 min paylama xəttinin qırılması və minlərlə nəzarətalma gözlənilir. Tutulanların pasportları alınacaq və səlahiyyətlərinə əl qoyulacaq.

  Mövzuya ilə bağlı “Sun” qəzetinə müsahibəsində ölkənin Baş naziri Boris Conson hökumətin narkotiklə mübarizədə qəti olduğunu vurğulayaraq deyib: “Narkotika cəmiyyət və İngiltərə gəncliyinə zərbə vurur. Tutulanları təkrar-təkrar nəzarətə götürmə və təkrar-təkrar həbsxanaya göndərmə dövrünü artıq qırmaq istəyirik”.

  Qeyd edək ki, İngiltərə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə oğurluq edənlərin yarısından çoxunu təşkil edən təxminən 300 min nəfər eroin xəstəsidir. Cinayətlərdə də narkotik istifadəçiləri hadisələri törədənlərin yarısıdır.

  İngiltərədə narkotik istifadəçilərinin dövlətə vurduğu maddi ziyan isə ildə təxminən 20 milyard sterlinqdir.



Әlaqәli Xәbәrlәr