BMT-nin toplantısında Suriyanın ərazi bütövlüyü və terrorla mübarizə vurğulandı

BMT-nin ev sahibliyi etdiyi toplantıda Suriyanın ərazi bütövlüyü və terrorla mübarizə vurğulandı.

1742301
BMT-nin toplantısında Suriyanın ərazi bütövlüyü və terrorla mübarizə vurğulandı

Belçikanın paytaxtı Brüsseldə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin ev sahibliyi etdiyi toplantıda 11 ölkə və 2 beynəlxalq təşkilatın nümayəndələri Suriyanın ərazi bütövlüyünün və bu ölkədə terrorla mübarizənin vacibliyini vurğulayıblar.
Pedersenin ev sahibliyi ilə Ərəb Liqası və Avropa İttifaqının, həmçinin Türkiyə, Misir, Fransa, Almaniya, İraq, İordaniya, Norveç, Qətər, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və ABŞ nümayəndələri Brüsseldə Suriya böhranını müzkirə etmək üçün bir araya gəlib. 

Səfirlər səviyyəsində keçirilən görüşdən sonra verilən yazılı açıqlamada “Suriyanın birliyi və ərazi bütövlüyü, terrorla mübarizə ilə yanaşı ölkə daxilində təcili atəşkəs, özbaşına saxlanılanların azad edilməsi və humanitar yardımların maneəsiz şəkildə çatdırılması da daxil olmaqla BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 2254 saylı qətnaməsinin bütün aspektləri ilə həyata keçirilməsinə dəstəyimizi bir daha təsdiqlədik" deyilib.

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin səyləri alqışladığı bildirilən açıqlamada iştirakçı ölkələrin Suriya böhranında iştirak edən bütün tərəfləri prosesə cəlb etməyə və böhranın siyasi həllini tapmaq səylərinə dəstəyini artıracaqlarını təkrarladığı qeyd olunub.

Açıqlamada bildirilib ki, 10 ildən artıqdır davam edən zorakılıq və sahədəki dəhşətli humanitar vəziyyət səbəbiylə Suriya xalqının çəkdiyi əzablardan dərin narahatlığımızı ifadə etdik. Həyati əhəmiyyət kəsb edən humanitar yardımın əlçatan olmasının, sərhəddənkənar və cəbhə xəttləri arasında daxil olmaqla Suriya miqyasında BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq təmin edilməsi vacibdir.
BMT-nin sərhəddənkənar humanitar yardımlarının hər ay üç milyondan çox suriyalıya çatdığına və bunun üçün başqa alternativ mexanizm olmadığına diqqət çəkilən açıqlamada suriyalılar evlərinə təhlükəsiz şəkildə qayıdana qədər Suriyadakı qaçqınlara və bu qaçqınları qəbul edən ölkələrə bu yardımların davam etdirilməsinin vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr