ABŞ-da məktəbə silahlı hücum təşkil edilib

ABŞ-ın Miçiqan ştatında orta məktəbə silahlı hücum nəticəsində 3 nəfər həyatını itirib.

1741185
ABŞ-da məktəbə silahlı hücum təşkil edilib

TRT xəbər verir ki, bu barədə Oakland rayon polis idarəsindən məlumat yayılıb. Bildirilib ki, Oksford Liseyində bir şagird məktəbə apardığı silahla üç nəfəri öldürüb, 6 nəfəri yaralayıb. Xüsusi təyinatlıların(SWAT) havadan helikopterlə müdaxiləsi nəticəsində silahlı şagird yaxalanıb. Hücumun səbəbi barədə danışmaq istəmədiyini ifadə edən 15 yaşlı şagirdin bir qruplaşma ya da təşkilat üzvü olduğuna ehtimal verilmir. Rəsmilərə görə 40 ildir Miçiqanda belə bir hadicə qeydə alınmayıb.



Әlaqәli Xәbәrlәr