Konqo Demokratik Respublikasında üsyançılar 22 dinc sakini öldürüb

Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətində üsyançıların hücumu nəticəsində 22 dinc sakin həlak olub.

1739910
Konqo Demokratik Respublikasında üsyançılar 22 dinc sakini öldürüb

Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətində üsyançıların hücumu nəticəsində 22 dinc sakin həlak olub.
Milli medianın məlumatına görə, Konqonun İnkişafı Alyansı (CODECO) adlı üsyançı qrup BMT sülhməramlıları tərəfindən qorunan İturi əyalətindəki qaçqın düşərgəsinə hücum edib.

Qaçqınlara atəş açan üsyançılar 22 nəfəri öldürüb.

Hücumdan sonra çoxlu sayda insanın ərazini tərk etməli olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr