Seyf əl-İslamın qarşıdan gələn prezident seçkilərində namizədliyi təsdiqlənməyib

Liviyanın çevriliş nəticəsində hakimiyyətdən getmiş keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qarşıdan gələn prezident seçkilərində namizədliyi təsdiqlənməyib.

1738296
Seyf əl-İslamın qarşıdan gələn prezident seçkilərində namizədliyi təsdiqlənməyib

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qarşıdan gələn prezident seçkilərində namizədliyi təsdiqlənməyib.

Adının açıqlanmasını istəməyən Liviya rəsmilərindən biri Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada Liviya ədliyyəsinin Seyf əl-İslam Qəddafi haqqında son qərarı olduğu üçün onun 24 dekabr prezident seçkiləri üçün namizədlik ərizəsini rədd etdiyini və Qəddafinin onun barəsində olan məhkəmə qərarının ləğvi ilə bağlı sənəd təqdim edə bilmədiyini bildirib.

Qəddafi noyabrın 14-də Ali Seçki Komissiyasının Sebha şəhərindəki şöbəsinə şəxsən gedib və prezident seçkilərində rəsmi namizədliyini irəli sürmək üçün müraciət edib.

Seyf əl-İslam Qəddafi insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən axtarışa verilib. Liviya Hərbi Baş Prokurorluğu da Seyf əl-İslam üçün “qətl” və “muzdlulardan istifadə” ittihamları ilə həbs qərarı verib.



Әlaqәli Xәbәrlәr