Moqadişoda maşın karvanına hücum, ölənlər var
Afrika İttifaqının Somalidəki Missiyasının (AMISOM) maşın karvanına hücum təşkil edilib.
1738501

TRT-nin Somali polis Baş idarəsinə istinad etdiyi xəbərə görə, Afrika İttifaqının Somalidəki Missiyasının (AMISOM) maşın karvanına təşkil edilən hücum nəticəsində ilk məlumatlara görə aralarında mülki vətəndaşlar da olmaqla 8 nəfər həyatını itirib. 23 nəfər yaralanıb. Hücumun “Əş-Şəbab” təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Xatırladaq ki, Əl-Şəbab Somalidə tez-tez təhlükəsizlik qüvvələrini və dinç əhalini hədəfə alan hücumlar törədir.
Әlaqәli Xәbәrlәr

Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı gəmisini sınaqdan keçirib
Martın 21-də Şimali Koreya nüvə yükü daşıya bilən yeni sualtı dronu sınaqdan keçirib.