BMT-dən Efiopiyada 450 min nəfərə humanitar yardım

Birləşmiş Millətlər Təşkilatı (BMT) Efiopiyada 450 min insana ərzaq yardımı edəcək.

1738381
BMT-dən Efiopiyada 450 min nəfərə humanitar yardım

TRT xəbər verir  ki,  bu barədə  BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) Efiopiya Ofisindən məlumat  yayılıb.   Bildirilib  ki, qida  yardımları  ölkənin Dessie və Kombolça bölgələrində ehtiyacı olan insanlara  paylanacaq.  Ərzaq yardımlarının  hökumət qüvvələri ilə Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) arasında baş verən qarşıdurmalardan zərər çəkmiş 450 min efiopiyalıya qarşıdakı iki həftə ərzində   çatdırılacağına  diqqət  çəkilən   açıqlamada,  WFP-nin Tigrayda 2,9 milyon, Amharada 220 min və Afarda 124 min adama ərzaq yardım  edilydiyi  bildirilib. Beynəlxalq təşkilatlara    yardımlara  qatılmaları   barədə  çağırış  edilib. 

Qeyd  edək  ki, Efiopiya hökuməti cənuba doğru irəliləyişlərini davam etdirən “TPLF”  üsyançıların hücumları səbəbindən noyabrın 2-də ölkədə fövqəladə vəziyyət elan edib.



Әlaqәli Xәbәrlәr