ABŞ Bosniya və Herseqovinanın suverenliyini dəstəklədiyini bildirib
Amerika Birləşmiş Ştatları (ABŞ) Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini daha bir dəfə bəyan edib.
1737285
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Bosniya və Herseqovinanın ali nümayəndəsi Kristian Şmidtlə görüşüb.
Ceyk Sullivan telefon danışığı zamanı ABŞ-ın Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn danışıqla əlaqəli məlumat yayıb. Bildirib ki, Sullivan və Şmidtin arasında dünən baş tutan telefon danışığında, korrupsiya əleyhinə mübarizə və qeyri-hökumət təşkilatlarının dəstəklənməsinin vacibliyi mövzusunda həmfikir olduğunu qeyd edib.