İsrail və BƏƏ pilotsuz dəniz nəqliyyat vasitələrinin dizaynı barədə razılığa gəliblər

İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ticarət  və hərbi məqsədlər üçün istifadə olunacaq bir sıra pilotsuz dəniz nəqliyyat vasitələrinin dizaynı ilə bağlı razılığa gəldikləri bildirilib.

1735816

BƏƏ-nin müdafiə sənayesi şirkəti "EDGE Group" və İsrailin Aviasiya və Kosmos Sənayəsinin (IAI) birgə yazılı bəyanatında razılaşmanın məqsədinin həm ticari, həm də hərbi məqsədlər üçün istifadə edilə biləcək M-170 tipli pilotsuz dəniz vasitələrinin dizaynı olduğu ifadə edilib. 

Bəyanatda BƏƏ firmasının dəniz vasitələrinin dizaynını və bəzi digər öhdəlikləri üzərinə götürəcəyi, İsrail firmasının isə uzaqdan idarəetmə kimi sistemləri üzərinə götürəcəyi, hazırlanacaq pilotsuz dəniz vasitələrinin kəşfiyyat, kəşf, sahil mühafizəsi, dəniz təhlükəsizliyi, dəniz minalarının tapılıb məhv edilməsi, sualtı qayıqlarının aşkarlanması və sualtı qayıqlarına qarşı müharibə əməliyyatlarda istifadə oluna biləcəyi bildirilib.

Ayrıca müqavilə çərçivəsində dizayn ediləcək pilotsuz dəniz nəqliyyat vasitələrinin ticari olaraq da nəqliyyat, neft və təbii qaz kəşfiyyatı və bəzi digər məqsədlər üçün istifadə oluna biləcəyi vurğulanıb.

Xatırladaq ki, "EDGE Group" və "IAI" mart ayında pilotsuz uçuş aparatlarına qarşı sistemin yaradılmasına dair anlaşma memorandumu imzalayıb.

Әlaqәli Xәbәrlәr