Rumıniyada xəstəxanada yanğın, ölənlər var

Rumıniyanın Ploiesti şəhərində bir xəstəxanada yeni növ koronavirusa (Covid-19) yoluxmuş  xəstələrə  həsr  edilən  bölmədə yanğın baş verib. Hadisə nəticəsində  2 xəstə  həyatını itirib.

1732615
Rumıniyada xəstəxanada yanğın, ölənlər var

TRT  xəbər verir ki, bu barədə  bölgə Polis sözçüsü Mihaela Floresku  məlumat yayıb. O qeyd edib ki, xəstəxananın Covid-19 dəstək bölməsində naməlum səbəbdən baş verən yanğın nəticəsində  tənəffüs aparatına qoşulan 2 xəstə  həyatını itirib. 20 xəstə isə  təxliyyə edildilib. yanğını söndürməyə çalışan xəstəxana işçilərindən  biri  bədən xəsarəti alıb.  



Әlaqәli Xәbәrlәr