Qəfil kəskin aclıq sıçrayışları

Mərkəzi Romada yerləşən Birləşmiş Millətlər Təşkilatı Dünya Qida Proqramı (WFP) ofisindən edilən yazılı şərhdə bildirilir...

1731260
Qəfil kəskin aclıq sıçrayışları

 

  43 ölkədə qıtlığın eşiyində olan insan sayı qəfil kəskin aclıq sıçrayışları ilə 45 milyona çıxıb.

  Mərkəzi Romada yerləşən Birləşmiş Millətlər Təşkilatı Dünya Qida Proqramı (WFP) ofisindən edilən yazılı şərhdə bildirilir: “43 ölkədə qıtlığın eşiyində (fövqəladə vəziyyət və ya daha pisi olaraq təyin edilən İPC4 səviyyəsində) olan insan sayı qəfil kəskin aclıq sıçrayışları ilə 45 milyona çıxıb. Sözügedən rəqəm 2021-ci ilin əvvəlində 42 milyon olub. 2019-cu ildə isə bu rəqəm 27 milyon idi. Halbuki qlobal qıtlığın qarşısını almaq üçün xərclər 6,6 milyard ABŞ dollarından 7 milyarda qaldırılıb.

  Bir il içində 3 milyon nəfərlik artım Efiopiya, Haiti, Somali, Anqola, Keniya və Burundidə (60 mindən 240 minə) marjinal yüksəliş və Əfqanıstanda aclıqla qarşı-qarşıya qalan 3 milyon adama dair son qida təhlükəsizliyi qiymətləndirmə məlumatlarından əldə edilib.”

  WFP-nin İcraçı direktoru Devid Bisley (David Beasley) bu mövzuda deyib: “Qarşıdurmalar, iqlim dəyişikliyi və “Covid-19”la bağlı aclıq uçurumunun ağzında 45 milyon insan var. Yanacağın qiymətləri artıb, qida qiymətləri yüksəlib, gübrə bahalanıb və bütün bunlar bu gün Əfqanıstanda ortaya çıxan yeni böhranlarla yanaşı, Yəmən və Suriya kimi uzun müddətdir davam edən fövqəladə vəziyyətlərdən də qaynaqlanır."



Әlaqәli Xәbәrlәr