Hindistan “Aqni-5” raketi sınaqdan keçirdi
Hindistan 5000 kilometr mənzilə malik nüvə başlıq daşıya bilən qitələrarası ballistik raket sınaqdan keçirdiyini açıqlayıb.
1726101

Hindistan hökumətindən verilən açıqlamada bildirilib ki, ölkənin şərq sahilində yerləşən adadan buraxılan 5 min kilometr mənzilli “Aqni-5” raket uğurla sınaqdan keçirilib. Açıqlamada raket sınağının “etibarlı minimum çəkindirmə siyasəti”nə uyğun olduğuna diqqət çəkilib. “Aqni-5” ballistik raketin Çinin hər nöqtəsini vura biləcəyi iddia edilir.
Әlaqәli Xәbәrlәr

Bayden: "İsrail, Fələstin, Misir, İordaniya və ABŞ rəsmilərinin görüşünü alqışlayırıq"
Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.