ABŞ-nın Türkiyədəki səfiri Ceff Fleyk oldu

ABŞ prezidenti Co Bayden tərəfindən ölkəsinin Ankaradakı səfiri vəzifəsinə namizədliyi irəli sürülən Ceff Fleyklə bağlı qərar Senat Baş Assambleyasında təsdiqlənib.

1725433
ABŞ-nın Türkiyədəki səfiri Ceff Fleyk oldu

Senatın Baş Assambleyasında keçirilən şifahi səsvermədə Ceff Fleykin Ankara səfirliyinə namizədliyi qəbul edilib. Fleykin yaxın vaxtlarda ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildin vəzifəsini təhvil alacağı gözlənilir.

Qeyd edək ki, ABŞ prezidenti Bayden iyul ayında Fleyki ABŞ-ın Ankaradakı səfiri vəzifəsinə namizəd göstərdi, Senatın Xarici Əlaqələr Komitəsi isə oktyabrın 20-də Fleykin namizədliyini təsdiqləyərək Senatın Baş Assambleyasında yekun səsverməyə zəmin yaratdı. Respublikaçı olmasına baxmayaraq, 2020-ci il prezident seçkilərində Demokrat Baydeni dəstəkləyən Fleyk 2013-2019-cu illərdə ABŞ Senatında Arizona ştatının senatoru, 2001-2013-cü illərdə Nümayəndələr Palatasının üzvü olub. Fleyke 2019-cu ildə keçmiş prezident Donald Trampın administrasiyası və Respublikaçılar Partiyasının siyasətinə istinad edərək Senatdan istefa verib.



Әlaqәli Xәbәrlәr