Nigeryada məscidə edilən silahlı hücum nəticəsində 18 nəfər ölüb

Nigeriyanın Niger əyalətində məscidə silahlı hücum nəticəsində 18 nəfər həlak olub.

1724815
Nigeryada  məscidə edilən silahlı hücum nəticəsində 18 nəfər ölüb

Nigeriyanın Niger əyalətində məscidə silahlı hücum nəticəsində 18 nəfər həlak olub.
Milli mətbuatda yer alan xəbərlərə görə, Niger əyalətinin Maza-Kuka bölgəsində motosikletli silahlı şəxslər səhər namazı üçün bir araya gələnlərin üzərinə  atəş açıb.

Hücumda 18 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Niger əyalətinin polis komissarı Monday Kuryas verdiyi açıqlamada hücumda 7 nəfərin oğurlandığını və bir çox mülkə ziyan dəydiyini bildirib.

Kuryas bölgəyə cəlb olunan təhlükəsizlik qüvvələrinin hücum edən şəxsin zərərsizləşdirdiyini bildirib.

Ölkədə silahlı şəxslərin son vaxtlar motosikletlərlə hücumlar həyata keçirməsi səbəbindən bəzi ştatlarda bu vasitədən istifadə edilməsi qadağan olunub.



Әlaqәli Xәbәrlәr