Ərəb dünyası İsrailin reaksiya doğuran qərarını qınayıb

Ərəb dünyasından 13 siyasi partiya və təşkilat İsrailin 6 fələstinli qeyri-hökumət təşkilatını terror qruplaşması elan etməsini qınayıb.

1724186
Ərəb dünyası İsrailin reaksiya doğuran qərarını qınayıb

Ərəb dünyasından 13 siyasi partiya və təşkilat İsrailin 6 fələstinli qeyri-hökumət təşkilatını terror qruplaşması elan etməsini qınayıb.
Tunis İşçi Partiyası (sol meyilli) sosial media hesabında Tunis, Mərakeş, Fələstin, İordaniya, Mavritaniya, Livan, Misir, Suriya, Küveyt və Bəhreyndən olan 13 qurumun imzaladığı ortaq qınama bəyanatı yayıb.

Bəyanatda “Bu, Fələstin xalqının hüquqlarını qəsb edən sionist işğal siyasətinin bir hissəsidir” deyilib.

Birgə bəyanatda bu ifadələr yer alıb:

"Bu qərarı qınayır və bunu Fələstin xalqının hüquqlarını qəsb edən sionist işğalçılıq siyasətinin bir hissəsi kimi qəbul edirik. Əsl terror tarixən terrorçu və cinayət dəstələrinin davamı kimi qurulan və işğalçı bir varlıq olaraq qurulduğundan bəridir torpaqları qəsb etməyə, Fələstin xalqını öldürməyə və ev-eşiyindən etməyə özünü həsr edən siyonist quruluşun dövləti tərəfindən təmsil edilməsi və təcəssüm olunmasıdır".
Qeyd edək ki, İsrail hökuməti oktyabrın 23-də Fələstin Azadlıq Xalq Cəbhəsi (AXC) ilə əlaqəli olduğunu iddia etdiyi 6 Fələstin insan haqları təşkilatını terror təşkilatları siyahısına saldığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr