Türkiyə-Afrika İqtisadiyyat və İş Forumuna sabah start veriləcək

Türkiyə-Afrika İqtisadiyyat və İş Forumu sabah İstanbulda öz işinə başlayacaq. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi 3-cü foruma Ticarət naziri Məhmət Muş ev sahibliyi edəcək.

1722397
Türkiyə-Afrika İqtisadiyyat və İş Forumuna sabah start veriləcək

Ticarət Nazirliyinin yaydığı məlumata görə foruma 41 ölkədən 250 nəfərdən ibarət rəsmi nümayəndə heyətinin iştirakı gözlənilir. Tədbirə Cənubi Sudanın vitse -prezidenti doktor James Wani Igga, 29 nazir və 8 nazir müavini, 4 regional təşkilatdan 2 prezident də iştirak edəcək.

Forum çərçivəsində, Türkiyə və Afrika ölkələri arasında ticari və iqtisadi əlaqələrin inkişafı istiqamətində atılası addımların müzakirə ediləcəyi “Türkiyə-Afrika Ortaqlığının Dərinləşdirilməsi: Ticarət, İnvestisiya, Texnologiya və Lojistik” mövzusunda Nazirlər iclası keçiriləcək.

Türkiyə və Afrika ölkələrindən təxminən 2000 iş adamının da qatılacağı Forum çərçivəsində Afrika Sərbəst Ticarət Bölgəsi, investisiya, bankçılıq, sağlamlıq və qadın liderliyi kimi sahələrdə mütəxəssislərin məruzələr təqdim edəcəkləri panellər, Türk və Afrikalı iş adamlarını bir araya gətirəcək ikitərəfli iş danışıqları, ticarət və investisiya sahələrində Afrika ölkələri rəsmiləri ilə iş adamlarının qatılacağı iclaslar keçirilicək.



Әlaqәli Xәbәrlәr