Hindistanda sel vә torpaq sürüşmәsi, onlarla ölü

Hindistanın Uttaraxand əyalətində leysan yağışları sel və torpaq sürüşmələrinə səbəb oldu.

1721814
Hindistanda sel vә torpaq sürüşmәsi, onlarla ölü

Ölkәnin şimalındakı Uttaraxand əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 16 nəfər həyatını itirib. Əyalətdə daşqınlar yolların çökmәsinә evlərin dağılmasına, Haldvani bölgəsində bir körpünün yıxılmasına sәbәb olub.

Hindistan mətbuatı, əyalətdəki daşqınlarda ən az 16 adamın həyatını itirdiyini, hökumәt rәhbәri Narendra Modinin vəziyyəti qiymətləndirmək üçün əyalətin Baş naziri Puşkar Singh Dhami ilə görüşdüyünü bildirib. Hindistan Meteorologiya İdarəsi isә bölgədə güçlü yağışların bir neçә gün davam edəcəyi mövzusunda xalqı xәbәrdarlıq edib.

Dövlət Fəlakətlərə Müdaxilə Qüvvələri (SDRF) hazır vəziyyətә keçirilib. Xatırladaq ki, ölkәnin cənubundakı Kerala əyalətində baş verən son sel və torpaq sürüşmələri nəticəsində 25 nəfər həyatını itirdi.



Әlaqәli Xәbәrlәr