Viktoriya Nuland: "Ölkəm Rusiya ilə gözlənilən əlaqələrə sadiq qalmaqda davam edir"

ABŞ-ın Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ölkəsinin Rusiya ilə gözlənilən əlaqələrə sadiq qalmaqda davam etdiyini söyləyib.

1719261

Nuland Rusiyanın paytaxtı Moskvadakı təmasları çərçivəsində Rusiya Prezident Adminisrtrasiyası rəhbərinin müavini Dmitri Kozak, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla görüşüb.

ABŞ-ın Moskvadakı Səfirliyinin mətbuat sözçüsü Jason P. Rebholsun "Twitter" hesabında edilən paylaşıma görə, mətbuat Nuland Kremldəki görüşdən sonra açıqlama verib. 

Nuland Uşakovla ABŞ və Rusiya arasındakı əlaqələrin açıq və səmərəli idarə edilməsini yüksək qiymətləndirdiyini söyləyib.

Nuland "Rusiya ilə sabit və proqnozlaşdırıla bilən bir əlaqəyə sadiq qalmaqda davam edirik" ifadəsini işlədib.

Kreml rəsmisi Kozak da jurnalistlərə verdiyi açıqlamada Ukraynanın şərqindəki vəziyyətin danışıqlarda müzakirə edildiyini və məsələnin həlli üçün Minsk razılaşmasına əməl ediləcəyinin təsdiqləndiyini bildirib.

Әlaqәli Xәbәrlәr