Antonio Quterreş Türkiyənin Paris Sazişini təsdiq etməsini alqışlayıb
BMT-nin baş katibi Antonio Quterreş "Twitter" hesabında Türkiyənin sazişi təsdiqləməsi ilə bağlı açıqlama verib.
1716552
Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyənin Paris İqlim Sazişini təsdiqləməsini alqışlayır.
BMT-nin baş katibi Antonio Quterreş "Twitter" hesabında Türkiyənin sazişi təsdiqləməsi ilə bağlı açıqlama verib.
Quterreş "Türkiyənin Paris İqlim Sazişini ratifikasiya etməsi və digər G20 ölkələrinə qoşulmasından məmnunam. Türkiyənin 2053-cü ilə qədər sıfır emissiya öhdəliyi çərçivəsində milli iqlim fəaliyyət planını ən qısa zamanda təqdim etməsini gözləyirəm" deyib.
BMT saziş çərçivəsində qlobal istiliyin 2 dərəcə selsinin aşağısında saxlanması hədəfinə çata bilmək üçün ölkələrin 2050-ci ilə qədər dünyada istixana qazı emissiyalarını sıfıra endirməsini istəyir.