Lavrovun ABŞ dövlət katibi ilə telefon danışığı olub
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
1715557

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı S. Lavrov və E. Blinken İranın nüvə proqramının nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasının bərpası perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər ikitərəfli gündəlikdə duran bir sıra aktual məsələləri də müzakirə ediblər.