Stoltenberq ABŞ müdafiə naziri Ostinlə görüşüb

NATO-nun baş katibi Yens Stoltenberq Pentaqonda ABŞ müdafiə naziri Lloyd Ostinlə görüşüb.

1714636
Stoltenberq ABŞ müdafiə naziri Ostinlə görüşüb

NATO-nun baş katibi Yens Stoltenberq Pentaqonda ABŞ müdafiə naziri Lloyd Ostinlə görüşüb.

Görüşdən əvvəl qısa açıqlama verən Ostin "NATO-nun gücü təkcə hərbi gücdən deyil, birliyindən və birgə məqsəd duyğusundan gəlir" deyib.

Stoltenberqin səylərinə görə minnətdarlığını bildirən Ostin Stoltenberqə keçən ay Əfqanıstandan çıxmaq və Əfqanıstanın paytaxtı Kabildən təxliyə yolu ilə alyansa liderlik etməsinə kömək etdiyi üçün təşəkkür edib.

NATO-nun Baş katibi isə verdiyi açıqlamada "NATO hər zamankindən daha önəmlidir, çünki biz daha rəqabətli bir dünya ilə üz-üzəyik. Rusiyanı təcavüzkar hərəkətləri ilə görürük, iqtisadi və hərbi gücünü istifadə edən daha iddialı bir Çin görürük. Həm də kiber təhdidlərlə, israrlı terror təhdidləri və bir çox başqa təhdidlərlə Qarşı-qanşıyayıq" deyib.

Bu çətinliklərlə təkbaşına üzləşə biləcək heç bir qitənin, heç bir ölkənin olmadığını ifadə edən Stoltenberq "Şimali Amerika və Avropa olaraq NATO-da birlikdə dayanmalı və Alyansı dəyişən təhlükəsizlik mühitinə uyğunlaşdırmalıyıq" ifadələrindən istifadə edib.

Ostin və Stoltenberg başda Əfqanıstandan çəkilmə prosesini, ABŞ və İngiltərənin Avstraliya ilə üçlü ittifaq qurmasından sonra Fransa ilə bu ölkələr arasındakı diplomatik böhranı, sualtı qayıqların inşası və Fransanın Afrikada hərbi varlığını azaltmaq bəyanatını olmaqla müxtəlif mövzuları müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr