İnterpol Suriyanı yenidən üzvlüyə qəbul edib

İnterpolun mətbuat xidmətindən yayılan məlumatda Əsəd rejiminə təşkilatın qlobal ünsiyyət şəbəkəsinə giriş icazəsi verilib.

1714970
İnterpol Suriyanı yenidən üzvlüyə qəbul edib

İnterpol - Beynəlxalq Cinayət Polisi İdarəsi Suriyanı yenidən üzvlüyə qəbul edib.

"TRT World"un xəbərinə görə, İnterpolun mətbuat xidmətindən yayılan məlumatda Əsəd rejiminə təşkilatın qlobal ünsiyyət şəbəkəsinə giriş icazəsi verilib.

İnterpolun Əsəd rejimini yenidən qəbul etməsi ilə mühacirətdə olan müxaliflər həbs olunmaq və hətta işgəncələrə məruz qalmaq riski ilə üzləşə bilərlər.

Bundan başqa, Əsəd rejiminin İnterpol rabitə şəbəkəsinə çıxışının suriyalı qaçqınların sığınacaq proseslərinə zərər verə biləcəyi bildirilir.

Rabitə kanalı və məlumat bazasına daxil olmaq icazəsi rejimə Suriyadakı vətəndaş müharibəsindən (2011) sonra bütün dünyaya dağılmış siyasi müxalifətçilər və qaçqınları izləmə və onlar haqqında "qırmızı bildiriş" yayma imkanı təmin edəcək.

Qeyd edək ki, 194 ölkə beynəlxalq cinayətlərlə mübarizə aparan ən böyük polis təşkilatı olan İnterpolun üzvüdür.

İnterpol üzv ölkələrə məlumat bazasına və rabitə şəbəkəsinə giriş imkanı verir.



Әlaqәli Xәbәrlәr