Co Bayden BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib

ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında çıxış edib.

1708818
Co Bayden BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib

“Biz yeni “Soyuq müharibə” və ya bölünmüş dünyanın axtarışında deyilik”.

Bunu ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında çıxışı zamanı deyib.

Bayden çıxışında qarşıdan gələn 10 ilin bəşəriyyət üçün kritik olacağını bildirərək deyib:

“ABŞ dezinformasiyaya qarşı öz dəyərlərinə söykənərək müttəfiqlərinin və dostlarının arxasında dayanacaq. Amma təkrar deyim ki, biz yeni “Soyuq müharibə” və ya bölünmüş dünyanın, sərt blokların axtarışında deyilik. ABŞ ortaq problemlərin olduğu istənilən xalqla, hətta ən gərgin narazılıqların olduğu xalqlarla belə problemlərin sülh yolu ilə həlli istiqamətində addım atıldığı təqdirdə işləməyə hazırdır. Çünki səhvlərimizin nəticəsindən hamımız əziyyət çəkirik”.


Nüvə təhlükəsinin haradan gəldiyinin əleyhinə olacağını olacağını vurğulayan Bayden deyib ki, İranın nüvə silahına sahib olmaması üçün əlimizdən gələni edəcəyik.

Bayden çıxışında İsrail və Fələstin arasında iki dövlətli bir həll tərəfdarı olduğunu da söyləyib.

Bayden, dünyanın parçalanmasını deyil, dünyanın birliyinin gücləndirilməli olduğuna da diqqət çəkib:

"Birləşmiş Ştatlar bu addımları atan istənilən ölkə ilə işləyə bilər və ciddi fikir ayrılıqları olsa belə, sülhə nail olmaq üçün addımlar atılsa, ABŞ orada əməkdaşlıq edəcək".



Әlaqәli Xәbәrlәr