Əfqanıstanda partlayış nəticəsində 2 nəfər həlak olub

Taliban nəzarətindəki Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində Talibana aid avtomobilə edilən bombalı hücum nəticəsində 2 nəfər həyatını itirib.

1707831

Cəlalabad Dövlət xəstəxanasının məlumatına görə, şəhərin 5-ci bölgəsində Taliban qüvvələrinə məxsus avtomobilə edilən bombalı hücum nəticəsində 2 mülki şəxs həyatını itirib.

Şahidlər hücumda Taliban qüvvələri də daxil olmaqla 5-dən çox adamın yaralandığını iddia ediblər. Hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb.
Sentyabrın 19-da da eyni şəhərdə bombalı hücum nəticəsində 2 nəfər həlak olmuşdu.

Terror təşkilatı DEAŞ-ın Əfqanıstanda qalası olaraq bilinən Cəlalabadda iki gündə iki bombalı hücum həyata keçirilib.

Әlaqәli Xәbәrlәr