Mərakeşdə parlament və bələdiyyə  seçkiləri keçiriləcək

08 Sentyabrda(Sabah) Mərakeşdə keçiriləcək parlament və bələdiyyə seçkilərində təxminən 18 milyon seçici səs verəcək.

1703963
Mərakeşdə parlament və bələdiyyə  seçkiləri keçiriləcək

Nümayəndələr Palatasında xidmət etmək üçün 395 millət vəkilinin təyin ediləcəyi parlament seçkilərində 31 siyasi partiya və  müstəqillərdən  ibarət  6815 namizəd mübarizə aparacaq. Qadınların fəal iştirak etdiyi seçkilərdə 2 min 329 qadın namizəd var. Məlumata  görə  Bələdiyyə və region  idarə orqanlarına namizədlərin sayı 157 min 569 olub. 18 milyon qeydiyatlı   seçicinin  olduğu  ölkədə   seçkilərə  sabah start veriləcək.  



Әlaqәli Xәbәrlәr