ABŞ Krım türklərinin saxlanılmasını pisləyib

Amerika Birləşmiş Ştatları (ABŞ), Krım Tatar Milli Məclisinin (KTMM) sədrinin müavini Nəriman Cəlal başda olmaqla 45 Krım Tatar Türkünün saxlanılmasını pisləyib.

1703137
ABŞ Krım türklərinin saxlanılmasını pisləyib

TRT xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mövzu ilə əlaqədar yazılı açıqlamasında: “Amerika Birləşmiş Ştatları sentyabrın 4-də KTMM-nin sədr müavini Nəriman Cəlal başda olmaqla ən azı 45 Krım Tatarının rus işğalçı orqanları tərəfindən saxlanılmasını şiddətlə pisləyir. Sözügedən həbslərin, KTMM-ə qarşı siyasi motivli basqınların, həbslərin və cəza tədbirlərinin son nümunələridir. 23 avqustda baş tutan Krım Platforması Zirvəsində də ifadə etdiyimiz kimi, Krım Ukraynadır və ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir".

Xatırladaq ki, Krımda Rusiya təhlükəsizlik qüvvələri, Krım Tatar Milli Məclisi sədrinin müavini Cəlal da daxil olmaqla 45 Krım Tatar Türkünü saxlayıb.



Әlaqәli Xәbәrlәr