Bu ölkədə “Moderna” peyvəndinin istifadəsi dayandırıldı

Yaponiyaya çatdırıldıqdan sonra naməlum qatışıqların tapıldığı ABŞ-ın "Moderna" şirkətinin koronavirusa qarşı peyvəndlər İspaniya ərazisində istehsal edilib.

1697840
Bu ölkədə “Moderna” peyvəndinin istifadəsi dayandırıldı

Bu barədə Kyodo agentliyi xəbər verib.

Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi təxminən 1,63 milyon "Moderna" peyvəndinin istifadəsinin dayandırıldığını açıqlayıb və hadisə ilə əlaqədar yoxlamaya başlayıb.

Bildirilib ki, sözügedən dərmanlar Tokio da daxil olmaqla beş Yaponiya prefekturasındakı peyvənd mərkəzlərində olub.

 



Әlaqәli Xәbәrlәr