Angela Merkel: “Taliban ilə dialoq davam etdirilməlidir”

Almaniya kansleri Angela Merkel: “Əfqanıstanda 20 ildə əldə edilənlərin qorunması üçün beynəlxalq ictimaiyyət Talibanla dialoqu davam etdirmilidir” .

1697185
Angela Merkel: “Taliban ilə dialoq davam etdirilməlidir”

 Angela Merkel, Almaniyanın Əfqanıstanda təxliyə əməliyyatlarına dair Parlamentdə çıxışı zamanı bu barədə danışıb. Kansler qeyd edib ki, Əfqanıstanda son 20 ilin qazanclarını qorumaq üçün Talibanla dialoq davam etməlidir. Bu beynəlxalq ictimaiyyətin Talibanla müzakirə etməsini tələb edən bir mövzudur. Əfqanıstanın yenidən terroru qidalandıran bir məkana çevrilmək riski altında olduğuna diqqət çəkən Merkel, sözügedən ölkədə Taliban həqiqətinin qəbul edilməsi çətin olsa da, bu reallıqla üz-üzə gəlmək  məcburiyyətində olduqlarını vurğulayıb. Əfqanıstanda ehtiyacı olan insanlara və qonşu ölkələrdəki qaçqınlara dəstəkdən imtina edilməməsinin  lazım gəldiyini deyən Kansler, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanla danışdığını xatırladıb. Əfqanıstandan təxliyə əməliyyatlarını mümkün olduğu qədər davam etdirəcəklərini, qaçqınlar üçün 600 milyon avro ayırdıqlarını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr