Türkiyə-Somali arasında dostluq əlaqələrinin ildönümü qeyd edilib

Türkiyə-Somali arasındakı yaxın dostluq əlaqələrinin 10 -cu ildönümü, Somalinin paytaxtı Moqadişuda təşkil edilən tədbirlə qeyd edilib.

1694310
Türkiyə-Somali arasında dostluq əlaqələrinin ildönümü qeyd edilib

Somalinin Baş nazirinin müavini Mehdi Məhəmməd Gülayd tədbirdə   etdiyi  çıxışında: “Somali ilə Türkiyə arasındakı 10 illik qardaşlıq əlaqələri, təhsil, səhiyyə, iş əlaqələri, iqtisadi inkişaf, Somali Milli Ordusunun yenidən qurulması və diplomatiya daxil olmaqla bir çox sahədə nəzərəçarpacaq dərəcədə güclənib”.

Somali  informasiya  naziri  Osman Dubbe  də  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 19 Avqust 2011-ci ildə Somalidə səfərdə olduğunu, o  dövrdə  aclıq və  quraqlığın  tüğyan  etdiyi   ölkəyə  türkiyənin   yardım  etdiyini  qeyd  edib.  


Etiketlәr: #Türkiyə-Somali

Әlaqәli Xәbәrlәr