Çində ailələr daha üçüncü uşağa sahib ola biləcəklər

Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının daimi komitəsinin iclasında “Əhali və ailə planlanması haqqında” qanuna düzəliş edilib. Düzəliş ailələrə 3-cü uşağı dünyaya gətirməyə icazə verir.

1694434
Çində ailələr daha üçüncü uşağa sahib ola biləcəklər

TRT-nin Çin xəbər agentliyi Şinhua-ya istinad etdiyi xəbərə görə qanuna edilmiş düzəliş 3-cü uşağı dünyaya gətirmək istəyən ailələrin üzərinə düşən maliyyə yükünü azaltmaq üçün dəstək tədbirlərinin, o cümlədən, sığorta, təhsil, iş yeri, mənzil təminatı sahəsində güzəştlərin tətbiqinə imkan yaradacaq.

Qeyd edək ki, 2016-cı ildə Çin hökuməti gözlənilən demoqrafik problemin qarşısını almaq üçün 1982-ci ildən tətbiq olunan “Hər ailəyə bir uşaq” siyasətini ləğv edib. Ailələrə ikinci uşağı dünyaya gətirməyə imkan verən bu qərarın müəyyən müsbət nəticələri olsa da, əhalinin “yaşlanması”nın qarşısını ala bilməyib. Xüsusən şəhərlərdə uşaq böyütməyin bahalı olması və gənc qadınların karyera məsələləri ailələrin bir uşaqla kifayətlənmək ənənəsini yaradıb ki, bu da doğum sayının azalmasına gətirib çıxarıb.

Ailələrə üçüncü uşaq sahibi olmağa icazə verilməsi barədə qərarın qəbul olunmasına Çində əhalinin 2010-2020-ci illər üzrə siyahıya alınmasının nəticələrinə əsasən, ölkədə doğum sayının azalması fonunda yaxın illərdə əhalinin say tərkibində yaşlı insanların sayının üstünlük təşkil etməsi ilə bağlı proqnozlar səbəb olub.

 



Әlaqәli Xәbәrlәr