Əfqanıstan prezidenti ölkəni tərk etdi

Əfqanıstan Daxili İşlər Nazirliyindən bildiriblər ki...

1691523
Əfqanıstan prezidenti ölkəni tərk etdi

 

  Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etdi.

  Əfqanıstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, ölkə prezidenti Əşrəf Qani avqustun 15-də Tacikistana getmək üçün paytaxt Kabildən ayrılıb.

  Prezidentlik Admisintrasiyası təhlükəsizlik səbəbiylə Ə.Qani ilə bağlı bundan artıq məlumat verməyib.

  Bundan başqa, bir Taliban nümayəndəsi prezidenti dəqiq harada olduğunun araşdırılacağını bidirib.

  Qeyd edək ki, Əfqanıstan Daxili İşlər Nazirliyi Taliban paytaxt Kabilə girdikdən sonra hökumətin təhvil verilməsi ilə bağlı müzakirələrə başlayıb.



Әlaqәli Xәbәrlәr