Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı artıb

Əlcəzairdə meşə yanğınlarında 28-i əsgər, 37-si mülki olmaqla 65 nəfər həyatını itirib.

1689446
Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı artıb

Əlcəzairdə meşə yanğınlarında 28-i əsgər, 37-si mülki olmaqla 65 nəfər həyatını itirib.

Əlcəzair dövlət televiziyasının xəbərinə görə, yanğınlardan ən çox təsirlənən bölgələr arasında paytaxt Əlcəzairdən təxminən 100 kilometr şərqdə yerləşən Tizi Vizu əyaləti ön plandadır.

Əlcəzairin rəsmi agentliyi "APS"-in xəbərinə görə isə, 18 əyalətdə 71 fərqli nöqtədə meşə yanğınları qeydə alınıb.

Xəbərə görə, Tizi Vizuda 22 nöqtədə, şimal-şərqdə sahil xətti ətrafında Becaya və Tarif əyalətlərində 13 nöqtədə və Cicel əyalətində 11 nöqtədə yanğınsöndürmə işləri davam edir.

Ölkədə ordu da yanğın söndürmə işlərində iştirak edir.

Əlcəzairin Baş naziri Eymen bin Ədürrəhman 10 avqustda yaydığı açıqlamada 25 əsgər və 17 mülki olmaqla 42 adamın meşə yanğınlarında həyatını itirdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr