Avstraliya Moderna şirkətinin hazırladığı peyvəndin istifadəsinə icazə verdi
Avstraliyanın dərman tənzimləyicisi idarəsi “The Therapeptic Products Administration” (TGA), Amerika dərman istehsalçısı Moderna tərəfindən hazırlanan peyvəndinin 18 yaşdan yuxarı avstraliyalılara tətbiqinə icazə verib.
TGA-dan qərarla əlaqəli yayılan açıqlamada, klinik araşdırmalar nəticəsində Kovid-19 əleyhinə güclü effektivliyə malik olduğu müəyyənləşdirilən Moderna peyvəndinin istifadəsinə icazə verildiyi bildirib. Açıqlamada qeyd edilib ki, Moderna peyvəndi 18 və daha yuxarı yaşda olan Avstraliyalılara 28 günlük fasilələrlə 2 doza tətbiq oluna biləcək. 18 yaşdan aşağı olanlara tətbiq edilib edilib edilməməsinə isə klinik araşdırmalar tamamlandıqdan sonra qərar veriləcək.
Xatırladaq ki, Avstraliyada Modern ilə yanaşı daha üç peyvənd (AstraZeneca, Pfizer-BioNTech və Johnson & Johnson şirkətləri tərəfindən istehsal olunan peyvəndlər) istifadə olunur. Baş nazir Scott Morrison, paytaxt Kanberrada keçirdiyi mətbuat konfransında, ölkədə Kovid-19 əleyhinə 4-cü peyvəndin tədibiqinin (Moderna) təsdiqlənməsi ilə, ilin sonuna qədər əhalinin 70%-nin peyvənd olunması hədəfinə çatılacağını qeyd edib. Baş nazir Moderna şirkətilə 25 milyon doza peyvənd üçün müqavilə bağladıqlarını bunun bir milyonunun Sentiyabrda təhvil veriləcəyini sözlərinə əlavə edib.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.