Naftali Bennett : "Ölkəm İrana qarşı tək başına hərəkət edə bilər"

İsrailin baş naziri Naftali Bennett Tehran rəhbərliyinə gözdağı verərək ölkəsinin İrana qarşı tək başına hərəkət edə biləcəyini söyləyib.

1685113
Naftali Bennett : "Ölkəm İrana qarşı tək başına hərəkət edə bilər"

İsrailin baş naziri Naftali Bennett Tehran rəhbərliyinə gözdağı verərək ölkəsinin İrana qarşı tək başına hərəkət edə biləcəyini söyləyib.

Bennett İsrail ordusunun Şimal Komandanlığını ziyarəti zamanı 29 iyulda ölkəsindəki bir şirkətə məxsus "Mercer Street" gəmisini hədəf alan hücuma münasibət bildirib.

Bennett hücumla bağlı İranı günahlandıraraq deyib:

"İranın gəmiyə hücumundan dərhal sonra kəşfiyyamıtızı ABŞ, İngiltərə və digər ölkələrdəki dostlarımızla paylaşdıq. Hadisənin arxasında kimin olduğuna dair heç kim şübhə etməsə də, əmin olmaq üçün konkret sübutlar təqdim etdik. Gəmi və İran mövzusunda beynəlxalq ictimaiyyəti bir araya gətirmək üçün cəhd göstəririk, ancaq tək başımıza davranmağı da bilirik. İranlılar başa düşməlidir ki, Tehranda dinc oturub bütün Orta Şərqi oradan yandırmaq mümkün deyil".

Qeyd edək ki, İsrail şirkətinə məxsus "M/T Mercer Street" gəmisinə iyulun 29-da Tanzaniyadan Birləşmiş Ərəb Əmirliklərinə gedərkən Hind okeanında hücum edildi və 2 ekipaj üzvü öldü.

Tel-Əviv rəhbərliyi hücumun arxasında İranın dayandığını iddia etmiş, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə isə bu iddianı rədd etmişdi.



Әlaqәli Xәbәrlәr