İranın Londondakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Londondakı səfiri İsrailin bir şirkətinə məxsus gəminin iyulun 29-da Tanzaniyadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedərkən hücuma məruz qalması və İngiltərə ilə Rumıniya heyətindən bir işçinin həyatını itirməsi səbəbilə XİN-ə çağırılıb.

1684435
İranın Londondakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Londondakı səfiri İsrailin bir şirkətinə məxsus gəminin iyulun 29-da Tanzaniyadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedərkən hücuma məruz qalması və İngiltərə ilə Rumıniya heyətindən bir işçinin həyatını itirməsi səbəbilə Xarici İşlər Nazirliyinə çağırılıb.

İngiltərə Xarici İşlər Nazirliyinin mövzuyla bağlı bəyanatında İran səfiri Möhsün Bahərvəndin İngiltərənin Orta Şərq və Şimali Afrika üzrə dövlət naziri Cemys Kleverly tərəfindən "Mercer Street" adlı gəmiyə edilən haqsız hücuma cavab olaraq  Nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda nazir Kleverlynin İranın beynəlxalq sülhü və təhlükəsizliyi riskə atan hərəkətlərini dərhal dayandırmalı olduğunu bir daha vurğulayıb və gəmilərin beynəlxalq hüquqa uyğun olaraq sərbəst hərəkət etməsinə icazə verilməsinin vacibliyini vurğulayıb.

İngiltərə dünən (2 avqust 2021) gəminin hücuma məruz qalmasında İranı günahlandırmış və hücumu qınamışdı.

Tanzaniyadan BƏƏ -yə gedərkən 20 iyulda Hind Okeanında hücuma məruz qalan bir İsrail daşıma gəmisindəki heyətdən iki nəfərin həyatını itirdiyi bildirilmişdi. dığı bildirildi.

İsrailin xarici işlər naziri Yair Lapid gəmiyə hücum edilməsinə görə beynəlxalq ictimaiyyəti İranı "dayandırmağa" çağırmışdır.



Әlaqәli Xәbәrlәr