BMT irqçiliklə mübarizə üçün qalıcı bir təşkilat qurdu

Afrika Mənşəli İnsanlar Daimi Forumunun ilk iclasının 2022-ci ildə olması planlaşdırılır

1685017
BMT irqçiliklə mübarizə üçün qalıcı bir təşkilat qurdu

 

  Birləşmiş Millətlər Təşkilatı irqçiliklə mübarizə üçün qalıcı bir təşkilat qurdu.

  BMT Baş Assambleyası avqustun 2-də 193 üzvün yekdilliklə səsi ilə irqçilik, irqi ayrı-seçkilik, xaricilərə düşmənlik problemlərinin həllinə mütəxəssis tövsiyəsi almaq üçün Afrika Mənşəli İnsanlar Daimi Forumunun qurulması təklifini qəbul etdi. Bu çərçivədə 10 üzvdən ibarət forumun üzvlərinin 5-inin BMT Baş Assambleyası, 5-inin isə İnsan Haqqları Şurası tərəfindən seçilməsi qərarlaşdırıldı.

  Afrika Mənşəli İnsanlar Daimi Forumuna verilən vəzifələr arasında Afrika mənşəli insanların tam siyasi, iqtisadi və ictimai iştirakının təmin edilməsinə dəstək olmaq və İnsan Haqqları Şurasına, BMT Baş Assambleyasının əsas komitələrinə və BMT qurumlarının irqçiliklə mübarizə vahidlərinə mütəxəssis tövsiyələri təmin edilməsinin yer alacağı açıqlandı.

  Təklifdə forumun Afrika mənşəli insanların təhlükəsizlik və həyat keyfiyyəti üçün dolanışıq qaynaqlarını yaxşılaşdırılmasına istiqamətli çalışması çağırışı da edilib.

  Verilən qərarlarda irqçiliklə xaricilərə düşmənliyin hələ də davam etdiyi və bu cür hadisələrin qınanmalı olduğu bildirilib.

  Afrika Mənşəli İnsanlar Daimi Forumunun ilk iclasının 2022-ci ildə olması planlaşdırılır. Bundan başqa, BMT Baş Assambleyasına illik hesabatlar təqdim edilməli olduğu qeyd edilib.



Әlaqәli Xәbәrlәr