Botsvana İsrailin Afrika ittifaqındakı statusuna etiraz edib

Botsvana Respublikası İsrailin Afrika İttifaqına müşahidəçi üzv olaraq qəbul edilməsinə etiraz edib.

1684169
Botsvana İsrailin Afrika ittifaqındakı statusuna etiraz edib

Botsvana Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyindən mövzu ilə əlaqəli açıqlama yayılıb. Qeyd edilib ki, Afrika İttifaqı Komissiyasının Başçısı İsrailə müşahidəçi statusu verməsinə dair birtərəfli qərarının narahatlıqla qarşılandığını bildirib. “Qərar qəbul edilməzdən əvvəl bütün üzv dövlətlərin diqqətinə çatdırılmalı olan həssas mövzudur” deyə vurğulanan açıqlamada: “Botsvana hökumətinə görə qərar Fələstinin İsrail tərəfindən davam etdirdiyi işğal, Afrika İttifaqının Quruculuq Qanunu qaydalarına və mahiyyətinə, eləcə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnaməsinə hörmət və icra etmək öhdəliyinə ziddir. Botsvana hökuməti, İsrail işğalına qarşı Fələstin İdarəsinə daimi dəstəyini və həmrəyliyini davam etdirəcək. Fələstin xalqının öz müqəddəratını təyin etmə və müstəqillik hüququnu dəstəkləyəcəyinə dair öhdəliyini də eləcək”.

Xatırladaq ki, İsrail Xarici İşlər Nazirliyinin 22 İyul tarixindəki yazılı açıqlamasında İsrailin Addis -Ababadakı səfiri Aleigne Admasunun, Afrika İttifaqına müşahidəçi üzv olaraq qəbul məktubunu təqdim etdiyini bildirdi. Bu da 2002 -ci ildən bəri bu istiqamətdə atılan ilk addım oldu.



Әlaqәli Xәbәrlәr