ABŞ təyyarələri Əfqanıstanda Taliban mövqelərinə hava zərbələri endirib

Əfqanıstanın cənubundakı Helmand əyalətinin mərkəzi Ləşkərgah şəhərində ABŞ qoşunlarının Taliban mövqelərinə hava zərbələri endirdiyi bildirilib.

1684332

Müdafiə Nazirliyinin sözçüsü Favad Aman sosial media hesabından verdiyi açıqlamada ABŞ əsgərlərinin Ləşkərgah şəhərinə hava zərbələri endirdiyini qeyd edib.

Taliban mövqelərinə edilən hücumda 7 silahlının öldürüldüyünü dilə gətirən Aman təşkilata aid bir çox silah və sursatın məhv edildiyi barədə məlumat paylaşıb.

Taliban hələlik bu mövzuda heç bir açıqlama verməyib.

Digər tərəfdən, ABŞ prezidenti Co Baydenin göstərişi ilə xarici qoşunların ölkədən çıxarılması prosesi davam edir.

Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olsa da, təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli toqquşmalar davam edir.

Yerli səlahiyyətlilərdən alınan məlumata görə, Taliban mərkəzləri də daxil olmaqla 407 rayondan 150-dən çoxunu ələ keçirib.

Ölkənin 34 əyalət mərkəzi hökumət qüvvələrinin nəzarəti altındadır.

Әlaqәli Xәbәrlәr