İsrail hәrbçilәri fәlәstinlilәrә sәrt müdaxilә edib

İsrail hәrbçilәri İordan çayının qәrb sahilinin müxtәlif bölgәlәrindә inşa edilәn qeyri-qanuni yaşayış mәntәqәlәrinә qarşı etiraz aksiyası keçirmәk istәyәn  fәlәstinlilәrә sәrt müdaxilә edib.

1683068

Mәlumata görә, fәlәstinlilәr İordan çayının qәrb sahilinin Nablus şәhәrinin Beyta bölgәsindә etiraz aksiyası keçirib. İsrail hәrbçilәrinin etiraz aksiyası zamanı fәlәstinlilәrә sәrt müdaxilәsi nәticәsindә 79 nәfәr yaralanıb.

İsrail hәrbçilәrinin fәlәstinlilәrә rezin vә hәqiqi güllә, hәmçinin gözyaşardıcı qazla müdaxilә etdiyi bildirilib.

Fәlәstin Qızıl Aypara Cәmiyyәtinin mәlumatına görә, İsrail hәrbçilәri Nablus şәhәrinin Beyt Decin bölgәsindә keçirilәn etiraz aksiyasına da sәrt müdaxilә edib. Müdaxilә zamanı 10 fәlәstinlinin dә rezin güllә ilә yaralandığı bildirilib.

Fәlәstinlilәrin hәmçinin Kalkiliya şәhәrinin Kefr Kaddum bölgәsindә dә inşa edilәn qeyri-qanuni yaşayış mәntәqәlәrinә qarşı etiraz aksiyası keçirdiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr