Aralıq dənizinə sahili olan ölkələrdə meşə yanğınları tüğyan edir

İtaliya, İspaniya və Yunanıstanda meşə yanğınlarına qarşı mübarizə günlərdir davam edir.

1682820
Aralıq dənizinə sahili olan ölkələrdə meşə yanğınları tüğyan edir

Yunanıstan hələ də meşə yanğınları ilə mübarizə aparır. Achaia bölgəsi və Patranın meşəlik əraziləri alovlara bürünüb. Patradaki yanğın nəzarət altına alınarkən, şəhərin dairəvi avtomobil yoluna yaxın başqa bir nöqtəsində yanğın baş verib. Yunanıstanda isti hava səbəbiylə yanğın riski ən yüksək hesab edilən 4 -cü səviyyəyə qaldırılıb.

İtaliyanın Sardiniya adası da alovlara təslim olub. İyulun 24 -də başlayan yanğında meşə, zeytunluq və  kənd təsərrüfatı sahələrindən ibarət 20 min hektar ərazi zərər görüb. Bölgədən 1500 -dən çox insan təxliyə edilib. Avropa İttifaqı İtaliyanın kömək  tələbinə görə 4 yanğınsöndürmə təyyarəsi göndərib.

 Yanğının  nəzarət alına alınması və  söndürülməsi  üçün aparılan  fəaliyyətlərə könüllülər də daxil olmaqla 7500 nəfər və təxminən 20 təyyarə qatılıb. İyulun 25 -də İspaniyanın Girona şəhərində başlayan yanğın nəticəsində isə  1600 hektardan çox ərazi kül olub. 168 nəfər ərazidən evakuasiya edilib.



Әlaqәli Xәbәrlәr