Nyu-York ştatında peyvənd olmayan işçilərdən hər həftə testdən keçmələri tələb olunur

Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında işçilərdən sentyabrın 6-na qədər yeni tip koronavirus (Kovid-19) əleyhinə peyvənd olmaları və ya hər həftə testdən keçmələri tələb olunur.

1682124
Nyu-York ştatında peyvənd olmayan işçilərdən hər həftə testdən keçmələri tələb olunur

Nyu York Qubernatoru Andrew Cuomo bu barədə açıqlama verib. Qeyd edib ki, Kovid-19 hadisələrinin artmasının qarşısını almaq üçün ştatda təxminən 250 min işçiyə peyvənd və ya həftəlik test tətbiq etmək məcburiyyətindəyiq.

Dövlət xəstəxanalarındakı tibb işçilərinin peyvənd olunmaq məcburiyyətində olduqlarını ifadə edən Cuomo, özəl sektora da çağırış edib ki, işçilərini və müştərilərini peyvənd olmaları mövzusunda təşviq etsinlər.

Nyu-York Bələdiyyə Başçısı Bill de Blasio da 26 İyul tarixində verdiyi açıqlamada şəhərdəki müəllimlər və polis daxil olmaqla bələdiyyənin himayəsindəki 340,000 işçinin 13 sentyabr tarixinə qədər peyvənd vurulmaları və ya hər həftə testdən keçməli olmaları şərtinin həyata keçirildiyini bildirib.



Әlaqәli Xәbәrlәr